Türkiyəli müğənni Gökhan Özen avqustun 30-da konsert verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi ifasını yarımçıq qoyaraq səhnəni tərk edib. Buna səbəb isə Gökhana atası Osman Nuri Özenin vəfat etməsi haqda xəbər verilməsi olub.

Qeyd edək ki, 78 yaşlı Özenin beyninə qan sızıb.