Bakının Səbail rayonunda oğurluq hadisəsi baş verib.

Unikal.org Teleqraf.com-a istinadən xəbər verir ki, hadisə rayonun Bibiheybət qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Rauf Behbudov məxsus şirniyyat sexindən 5000 min manat pul olan seyf və müşahidə kamerası oğurlanıb.

Zərərçəkmiş baş verən oğurluq hadisəsi ilə bağlı 8-ci polis bölməsinə məlumat verib.

Faktla bağlı cinayət işi başlanıb.