Astana şəhərində beş avtomobilin toqquşması nəticəsində ağır yol nəqliyyat hadisəsi baş verib. 

Unikal.org Virtualaz.org-a istinadən  xəbər veirr ki, bir müddət əvvəl sosial şəbəkələrdə beş maşının toqquşması barədə xəbər yayılıb. Qəzanın paytaxtın Sarayşık küşəsində baş verdiyini bildirən sosial şəbəkə istifadəçisi olan xanım həmçinin hüquq-mühafizə orqanlarının fəaliyyətindən də narazılığını dilə gətitib.

Polisdən verilən xəbərə görə, Azərbaycan vətəndaşı Əliyev idarə etdiyi BMW markalı avtomobilii dörd maşına çırpıb: "Faktla bağlı araşdırma aparılır. Qəza törədən BMW markalı 747 TXA 01 dövlət nömrə nişanlı avtomobilin sürücüsü barədə Cinayət Məcəlləsinin iki maddəsi ilə cinayət işi başlanılıb. Sürücü cərimə olunub. İş üzrə materiallar Astana məhkəməsinə göndərilib.