"Mitsubishi markalı xidməti polis maşını Kiyev-Odessa avtomagistralı ilə hərəkət zamanı yolu keçməyə çalışan piyadanı vurub öldürüb.

Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, piyada yolun kənarındakı beton maneənin üstündən qəfildən tullanıb və maşının altına düşüb.

Mənbə əlavə edir ki, aldığı xəsarətlərdən elə hadisə yerində ölmüş piyada Azərbaycan vətəndaşıdır.

Hadisə ilə bağlı araşdırma aparılır.