Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın qardaşı oğlu Narek Sarqsyan beynəlxalq axtarışa verilib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə respublika polisinin rəhbəri Valeri Osipyan mətbuat konfransında məlumat verib.

Qeyd edək ki, daha əvvəl Sarqsyan və onun mühafizəçisi Narekin mənzilində həyata keçirilən axtarış zamanı aşkar edilən silah və narkotik maddə saxlama ittihamı ilə o, Ermənistan daxilində axtarışa verilib. Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları həmçinin Sarqsyanın yaxın dostunu da saxlayıb, ondan içərisində narkotik vasitələr və tapança olan çemodan müsadirə edilib.