Son günlər h rayonunda intensiv leysan yağışları nəticəsində dağ çaylarında yaranan sel və daşqınların törətdiyi fəsadların nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Unikal.org xəbər verir ki, bu barədə AzərTac-a rayon fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda rayon ərazisindən axan Tala və digər hnda sululuq bir qədər azalıb. Rayonun Vöhtala, Höytala, Danaçı, Maqov, Muxax, Zəyəm, Çobankol, Lahıc, Bəhmətli və digər kəndlərində sel və daşqınların yaratdığı fəsadların aradan qaldırılması üçün "Meliorasiya və Su Təsərrüfatı ASC-nin ağır tonnajlı texnikalarının köməyi ilə lazımi tədbirlər həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində həyətlərə və həyətyanı sahələrə dolan sel suları çəkilir, kəndlərdə həyat tədricən öz axarına düşür.
Xatırladaq ki, avqustun 9-dan başlayaraq yağan leysan xarakterli yağışlar nəticəsində respublikanın şimal-qərb bölgəsində dağ çaylarında daşqınlar baş verib. Bölgənin bəzi yaşayış məntəqələrinə sel düşüb, vətəndaşların şəxsi təsərrüfatlarına, əkin və bağ sahələrinə, infrastruktura xeyli ziyan dəyib.