Saatlı rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə rayonun Əlisoltanlı kəndində qeydə alınıb.

Belə ki, iki avtomobilin toqquşması nəticəsində Əlisoltanlı kənd sakinləri, 1940-cı il təvəllüdlü İsmayılov İldırım Xanlar oğlu və 1965-ci iltəvəllüdlü İsmayılov Qubad İdris oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.