Türkiyənin məşhur aktyoru Burak Özçivit tibbdə şöhrət xəstəliyi olaraq bilinən 'tükənmişlik sendromu'na tutulub.

Unikal.org "gunes qəzetəsinə istinadən xəbər verir ki, Burak Özçivit bunun üçün həkim psixoloqun yanına gedib. Həkimi Özçiviti bir müddət ekranlardan uzaq qalmağı tövsiyə edib.

Burak Özçivit həkiminə bu sözləri deyib: "Bu həyatda istədiyim hər şeyi əldə etmişəm. Ürəyim qəhvə içmək istədi Parisə getdim. Gəzmək istədim Ortadoğuya getdim. Artıq heç nədən zövq almıram. Bu həyatda yaşamağıma həyat yoldaşım Fahriye Evcen dəstək olur. Mən sevdiyim qadınla evləndim. Hər zaman mənə yardımçı oldu.

Burak Özçiviti dinləyən həkim onu bir müddət ekranlardan uzaq qalmağı tövsiyə edib. Artıq türkiyənin məşhur aktyoru yeni sezon üçün filmlərdə çəkilməyəcəyi qərarını verib.