Bu gün Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 6 km aralı, nəzarətsiz ərazidə) naməlum kişi cəsədi aşkar edilib.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.Cəsəd sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.Əməliyyat başa çatıb.