Bu gün Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazi) 2 nəfərin batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Unikal.org  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1 nəfəri xilas edib və 1993-cü il təvəllüdlü İsrafilov Ceyhun Musa oğlunun cəsədini sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Əməliyyat başa çatıb.