Sumqayıtda 26 yaşlı gənc intihar edib.

Unikal.org Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində Ulduz abidəsinin yaxınlığında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini 1992-ci il təvəllüdlü Cahangirov Asiman Cavadxan oğlu Ulduz abidəsinin arxasında olan ağaclıqda özünü kəndirlə asaraq öldürüb. Gəncin meyidi hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aşkar edilərək, aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.