Sumqayıtda avtomobil parkının ərazisində baş verən yanğın zamanı xəsarət alanların kimliyi məlum olub.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə zamanı 5 nəfər: 1980-ci il təvəllüdlü Quliyev Akif Eldar oğlu, 1981-ci il təvəllüdlü Məlikov Rövşən Malik oğlu, 1951-ci il təvəllüdlü Rüstəmov Fərhad Əhməd oğlu, habelə Məlikov Musi Bəhmən oğlu və 1990-cı il təvəllüdlü Mustafayev Yanar Fərrux oğlu yanıq xəsarətləri alıblar.
Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Xəstəxanadan verilən məlumata görə, yaralılardan biri - Məlikov Musi Bəhmən oğlu aldığı xəsarətlərdən dünyasını dəyişib. Digər 4 nəfərin vəziyyəti ağır olduğundan onlar Bakı şəhərindəki 5 saylı xəstəxanaya göndərilib.
İlkin məlumata görə, hadisəyə yük maşınında ustalar tərəfindən aparılan təmir işləri səbəb olub.
Hadisə yerinə FHN-nin və Sumqayıt Şəhər Prokurorluğunun əməkdaşları cəlb olunub. 
Faktla bağlı araşdırma aparılır.

xxx


Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində yerləşən avtomobil parkının ərazisində partlayış baş verib.
Unikal.org xəbər  verir ki, nəticədə parkın ərazisində dayanmış 1 ədən yük və 1 ədəd minik avtomobilində yanğın başlayıb. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri, Sumqayıt Regional Mərkəzinin xilasetmə dəstələri hadisə yerinə cəlb olunub.
 İlkin məlumata görə, hadisə nəticəsində yanıq xəsarətləri almış 4 nəfər xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilib. 
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.