Bakıda mənzildən meyit tapılıb. 

Unikal.org xəbər verir ki, Səbail rayonu Aqil Quliyev küçəsi 4 ünvanında 1961-ci il təvəllüdlü Şirvan şəhər sakini, 1961-ci il təvəllüdlü Ələkbərov Əkbər Yadulla oğlunun meyiti tapılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, həmin ev vəfat etmiş şəxsin əmisi oğlu Çingiz Ələkbərovun kirayədə yaşadığı evdir. İyulun 12-də ev sahibi mənzilini əmisi oğluna təhvil verərək rayona gedib. O, geri qayıdanda əmisi oğlunun meyitini aşkarlayıb.

Faktla bağlı araşdırmalara başlanılıb. Ə.Ələkbərovun ölüm səbəbinin müəyyən edilməsi istiqamətində iş aparılır.