Türkiyənin məşhur aktrisası Nurgül Yeşilçay sevgilisi ilə restoranda dalaşıb. Aktrisa 2 aydır sevgili olduğu prodüser Necati Kocabayla kəskin mübahisə edib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlük dünən axşam Nişantaşında restoranda yemək yeyib. Bir müddət sonra aktrisa ilə sevgilisi mübahisə etməyə başlayıb. Stoldakı su stəkanını qəfildən yerə çırpan Nurgül Yeşilçay sevgilisi Kocabayın "Sakit ol. Bağırma, hamı bizə baxır" xəbərdarlığını dinləməyib və yüksək səslə qışqırmağa davam edib. 

Daha sonra prodüser Nurgül Yeşilçayı qolundan tutub tualetə aparıb. Kocabay burada da sevgilisini sakitləşdirməyə çalışsa da, bacarmayıb. Cütlük restoranı çox gərgin şəkildə tərk edib.