Şəkidə ağacdan yıxılan 43 yaşlı kişi ağır xəsarət alıb.

Unikal.org APA-ya istinadən xəbər verir ki, bu gün saat 17 radələrində rayonun Kiçik Dəhnə kənd sakini 1975-ci il təvəllüdlü Eldəniz Məmmədcamal oğlu Hüseynov döş qəfəsinin açıq travması xəsarəti ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

MRX-dan bildirilib ki, müayinə zamanı Eldəniz Hüseynov yaşadığı kəndin ərazisində ağacdan yıxılaraq xəsarət aldığını bildirlib. Eldəniz Hüseynovun yıxılarkən döş qəfəsinə batdığı ağac parçasının qalıqları cərrahi yolla çıxarılıb.

Eldəniz Hüseynovun vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərmək nəzərdə tutulub.Faktla bağlı araşdırma aparılır.