Balakən rayonunun Katex kəndi ərazisindən axan Dəli çay daşıb.

Unikal.org report-a istinadən xəbər verir ki, gecə saatlarında başlayan leysan xarakterli yağış nəticəsində çay məcrasından çıxıb.

Nəticədə Katex kəndinə ziyan dəyib, evlərin əksəriyyətinin zirzəmiləri və həyətləri su altında qalıb. Eyni zamanda 680-dən çox evin həyətinə və zirməsinə su dolub, bir neçə piyada keçidi uçub.