Bakının Qaradağ rayonunda taxta sexinin dam örtüyünün yanar konstruksiyaları 50 kv.m sahədə və 100 kv.m sahəyə yığılmış taxta yonqarı yanıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.