Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki. avtomobil qəzası zamanı 3 nəfər yaralanıb.

Belə ki, 1994-cu il təvəllüdlü, Rəhim Əjdər oğlu Niftəliyev idarə etdiyi 04-BJ-970 "VAZ-2109" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və qarşı tərəfdən gələn, 90-KD-009 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobillə toqquşub.

Nəticədə ağır bədən xəsarətləri alan sürücü R.Niftəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. hadisə zamanı avtomobildə olan 2 nəfər qadın sərnişinlər ağır bədən xəsarətləri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.