Tovuzda üç yaşlı oğlan kimyəvi maddədən zəhərlənərək ölüb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, rayonun Qədirli kənd sakini, 2015-ci il təvəllüdlü Ramil Vüqar oğlu Balakişiyev yaşadığı evdə şüşədə olan metafos tərkibli məhlulu meyvə şirəsi bilərək içib.

Ağır dərəcədə zəhərlənən uşaq xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.