Fövqəladə Hallar Nazirliyi Bakı Ağac Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı məlumat yayıb.

Unikal.org FHN-in saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhərinin Binəqədi rayonunda Ağac Emalı Zavodunun (hazırda fəaliyyət göstərmir) 3,7 ha olan ərazisinə yığılmış istifadəyə yararsız avtomobil şinləri 1200 m2 sahədə yanıb. Avtomobil şinlərinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

20:40

Bakının Binəqədi rayonundakı Ağac Emalı Zavodunun ərazisində (hazırda fəaliyyət göstərmir) baş vermiş yanğın söndürülüb.

Unikal.org FHN-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, təxminən 500 m2 ərazidə işlənmiş avtomobil şinləri yanıb.

Əlavə məlumat veriləcək.

18:07

METAK şirkətinin anbarında güclü yanğın baş verib.

Unikal.org xəbər verir ki, hadisə Binəqədi rayonunda, Azadlıq prospektində, "Dərnəgül" metrostansiyasının yaxınlığında qeydə alınıb.

Əraziyə yanğınsöndürənlər cəlb edilib.