Bu gün səhər saatlarında Neftçilər prospektində, Ağ Şəhər inzibati binasını qarşısında yol nəqliyyat hadisəsi baş verib.

Unikal.org Trend-ə istinadən xəbər verir ki, avtomobil qəzası nəticəsində prospektdə tıxac yaranıb.

İlkin ehtimala görə, qəza dönmə hərəkəti zamanı baş verib, avtomobil işıq dirəyinə çırpılaraq dağıılıb. İşıq dirəyi zərbədən aşıb.

Hadisə yerinə təcili-tibbi yadım briqadası cəlb olunub, xəsarət alanların olduğu bildirilir.