Yevlax rayonunda azyaşlı xəsarət alıb.
Unikal.org-un məlumatına görə, hadisə Malbinəsi kəndində baş verib.
Kənd sakini, 2016-cı il təvəllüdlü Məmmədzadə Leyla Zülfi qızının üstünə televizor aşıb. Nəticədə körpə ağır xəsarət alıb.
O, Bərdə Rayon Mərkəzi Xəstəxanasına catdırılıb. Həkimlər bildirib ki, ağır kəllə-beyin travması alan körpənin sağ ayağı da sınıb.
L. Məmmədzadənin vəziyəti orta ağırdır.