Tovuzda intihara cəhd hadisəsi baş verib.

Unikal.org-un trend-ə istinadən məlumatına görə, hadisə rayonun Əyyublu kəndində olub. Kənd sakini, 1970-ci il təvəllüdlü Əliyev Nəbi İsaq oğlu essensiya (sirkə) turşusu içib. Yaralı ağır vəziyyətdə Tovuz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Məlumata görə, N.Əliyev uzun müddətdir ki, tüfeyli həyat tərzi sürürmüş.

Faktla bağlı araşdırma aparılır.