Mingəçevirdə mənzildən meyit tapılıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri həmin ünvana gələrək mənzilin qapısını açıb və 1939-cü il təvəllüdlü Alməmmədova Almaz Qafar qızının meyitini aşkar ediblər.

Meyit aidiyyəti üzrə təhvil verilib.