Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının keçirdiyi əməliyyatla külli miqdarda narkotik və psixotrop maddələrin, eləcə də pirotexniki vasitələrin ölkəmizə gətirilməsinin qarşısı alınıb.
DSX-nin mətbuat mərkəzindən Unikal.org-a verilən xəbərə görə, Azərbaycan vətəndaşları Zeynalov Əbilhəsən Səhhəd oğlu və Orucov Burhan Adıgözəl oğlu Biləsuvar-Salyan şosesinin kənarında gizlədilmiş 2160 ədəd "Pregabolin 150 və 17000 ədəd "T-Dol 200 marka­­lı psixotrop tərkibli dərman preparatlarını götürüb hadisə yerindən uzaqlaşÂ­mağa cəhd göstərərkən DSX-nın əməkdaşları tərəfin­dən saxlanılıb.
Bundan başqa, Qazax rayonunun Şıxlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində Gürcüstandan Azərbaycana dövlət sərhədindən atla 2 ədəd 220 litirlik çəlləklərə yığılmış müxtəlif formalı pirotexniki vasitənin keçirilməsinin qarşısı alınıb. Çəllək­lərə keçirilmiş baxış zamanı içərisində 192 ədəd böyük və 160 qutu kiçik ölçüdə müxtəlif çeşidli partlayıcı fişənglər aşkarlanıb. Sərhəd pozucuları hava şəraitinin qaranlıq, ərazinin sıx meşə olmasından istifadə edərək atları və qaçaqmalı hadisə yerində ataraq geri qaçıblar.
Yardımlı rayonun Arus kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində isə İrandan Azərbaycana dövlət sərhədindən narkotik vasitə olan 7,6 kiloqram heroinin, 9,8 kiloq­­ram tiryəkin və 1,3 kiloqram psixotrop tərkibli "Metafitamin dərman preparatlarının keçirilməsinin qarşısı alınıb, sərhəd pozucuları qaçaqmalı hadisə yerində ataraq geriyə qaçıblar.
Hər üç faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.