Sumqayıtda qətl törədilib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhəri Bakı prospektində - Sumqayıt avtovağzalının yaxınlığında naməlum şəxs 27 yaşlı Amal Nadirlini bıçaqlayaraq qaçıb. Boyun nahiyəsindən ağır xəsarət alan A.Nadirli qanitirmə nəticəsində vəfat edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, əməliyyat axtarış tədbirləri həyata keçirilir.