Abşeronda çörək sexindən külli kiqdarda pul oğurlanıb.

Unikal.org-un "Xezerxeberə istinadən verdiyi məlumataa görə, hadisə ötən gecə Saray qəsəbəsində baş verib.

Naməlum şəxs və ya şəxslər Rauf Həsənova məxsus çörək sexinin pəncərəsinin dəmir barmaqlıqlarını qıraraq içəri daxil olublar. Onlar ofisdəki seyfi sındırıblar və içərisindəki pulu aparıblar.

Obyektə daxil olan şəxslər müşahidə kamerasının yaddaş kartını da sökərək özləri ilə götürüblər.

Məsələ ilə bağlı polisə də məlumat verilib və barmaq izləri götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.