Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org-un report-a istinadən məlumatına görə, hadisə şəhərin "Dubay bazarı" deyilən ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Sahil Eynulla oğlu Rəsulov və 1984-cü il təvəllüdlü Cavid adlı şəxs bıçaqlanıb. Hadisə qız üstündə yaranmış mübahisə zəminində baş verib. Belə ki, hələlik kimlikləri məlum olmayan üç nəfər şəxs yoldan keçən qıza baxdıqları üçün onlarla mübahisə edib. Daha sonra Sahili bel nahiyəsindən, Cavidi isə qarın boşluğundan bıçaqlayaraq hadisə yerindən qaçıblar. Hazırda Cavidin vəziyyətinin ağır, digərinkinin isə orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.