Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.

Unikal.org-un məlumatına görə, bununla bağlı bu gün Naxçıvan Muxtar RespublikasıAli Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb.

Fərmana əsasən Elvin Axundov Mərkəzi Bankın Naxçıvan Muxtar Respublikası İdarəsinin sədri təyin edilib.

Qeyd edək ki, E. Axundov bundan əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi vəzifəsində çalışıb.