ABŞ Federal Ehtiyat Sistemi (Federal Reserve System, FED) rəhbərinin müavini Stenli Fişer istefa edib.

Unikal.org xəbər verir ki, S. Fişer istefa məktubunu prezident Donald Trampa təqdim edib.
S. Fişer məktubunda istefasının səbəbini açıqlamayıb. Buna baxmayaraq, 73 yaşlı görkəmli maliyyəçi FED-də işləməkdən qürur duyduğunu bildirib.

Müavininin istefasını şərh edən C. Yellen isə bildirib ki, S. Fişer FED-in pul-kredit siyasətində müstəsna xidmətləri olub.