"Yeni Həyat MMC -nin müflis elan edilməsi barədə xəbərlər artıq bir neçə dəfə mətbuatda yer almışdı.
Nəhayət, Vergilər Nazirliyinin saytında MMC-nin və ona daxil olan şirkətlərin ləğv edilməsi ilə bağlı informasiyalar yerləşdirildi. 

Axtarış zamanı "YENİ HAYAT CONSTRUCTİON", "YENİ HAYAT 1" MƏNZİL TİKİNTİ KOOPERATİVİ, "YENİ HAYAT 2" MƏNZİL TİKİNTİ KOOPERATİVİnin ləğv prosesində olduğu qeyd edilir.

Unikal.org xatırladır ki, şirkət bu vaxta qədər "Yeni HƏYAT Rezidense, "Yeni HƏYAT Plaza, "Azure Rezidense, "Azure Plaza, "Azure Shopping centre, "Megafun kimi nəhəng layihələr həyata keçirib.

"Yeni Həyat MMC 2002-ci ildə Beynəxlalq Bankın sabiq sədri, hazırda həbsdə olan Cahangir Hacıyev tərəfindən təsis olunub.

Vaxtilə mənzil tikintisi bazarında "oyunçuların azalması şirkət mövqelərini güclənməsinə səbəb olmuşdu.

"Yeni Həyat" mənzil tikintisi bazarının əsas "oyunçularından birinə çevrilmək istəyib və buna görə də bir vaxtlar "Sovetski sakinləri üçün güzəştli şərtlərlə ev tikmək ideyasını nəzarətində olan "Des Consulting şirkəti vasitəsi ilə ictimailəşdirib.

C.Hacıyevin təsisçisi olduğu şirkətin nəhəng dövlət sifarişlərini ələ keçirmək istəkləri tikinti bazarının aparıcı oyunçularının xoşuna gəlməyib və şirkət haqda cinayət işi açılmasına nail olmaqla onu zərərsizləşdiriblər.

Onu da diqqətə çatdıraq ki, tikinti şirkəti ipoteka kreditlərini Beynəlxalq Bank vasitəsi ilə reallaşdırırdı. Beynəlxalq Banka təyin edilən yeni sədr ipoteka kreditlərinin dayandırılması barədə qərar vermişdi.

H.Babayev