Sumqayıtda oğurluqla məşğul olan şəxs tutulub. 

Unikal.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin aprel-iyun ayları ərzində şəhər ərazisində 4 evdən pul və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Cavid Əliyev tutulub.
Onun başqa cinayətlərdə iştirak edib-etməməsi araşdırılır.