Bakı şəhərində əcnəbi qarət edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də əcnəbi vətəndaş Ayoub Tavfeqə məxsus 340 manat və 3000 ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Samir Məmmiyev və Vüqar Qurbanov tutulublar.