Şərur sakini həmyerlisini bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, avqustun 28-də Şərur rayonunun Yuxarı Daşarx kəndində kənd sakini Pərviz Cəlalov münaqişə zəminində həmkəndlisi Babək Əliyevə bıçaqla xəsarət yetirib.

Şərur Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə P.Cəlalov tutulub.