"Tərtərdə fəaliyyət göstərən bütün dövlət qurumları əhalinin yanındadır".
Unikal.org xəbər verir ki, bunu APA-nın Qarabağ bürosuna açıqlamasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
Onun sözlərinə görə, qoşunların təmas xəttində yaşanan gərginlik əhalinin psixologiyasına heç bir mənfi təsir göstərməyib: "Heç bir panika yoxdur. Heç kimi öz yerini tərk etməyib, əhalinin əhval-ruhiyyəsi yüksəkdir. Biz ordumuza görə hər şeyə hazır olmalıyıq.  Ali Baş Komandanın bütün diqqəti ordunun üzərindədir. Tərtərin vətənpərvər gəncləri var. Hər bir Azərbaycan vətəndaşı öz dədə-baba topağına qaytarmaq, oranı qorumaq istəyir"