Yaponiyada kişi 20 ildir severək evləndiyi arvadıyla danışmır.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Otou və Katayama Yumi adlı Yapon cütlük eyni evdə yaşamalarına baxmayaraq tam 20 il danışmırlar.

Cütlük uşaqları olduqdan sonra Otounun arvadına qarşı davranışları dəyişib. Həyat yoldaşı uşaqlara daha çox maraq göstərir deyə yoldaşına küsən Otou tam 20 il boyunca danışmadı.

Övladlarının köməkliyi ilə 20 ildən sonra TV-lərin birində cütlüklər danışa biliblər. Uşaqlar bu vəziyyətə çox sevinib. Otou isə qısqanclığı bir az abarttığını etiraf edib.