Bərdədə evi qarət edib yandıran şəxslər tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, noyabrın 1-də Bərdə rayonunun Saatlı kəndində yaşayan İbrahim Abbasovun evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlanıb, habelə ev qəsdən yandırılıb.

Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmkəndliləri Murad Abbasov, Müslüm Qasımov, Dinar Xasaylı və İslam Qəmbərov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb.