Bakıda iti parkdan kobudluqla çıxarmağa çalışan şəxs ətrafdakı insanların reaksiyasına səbəb olub.

Unikal.org xəbər verir ki, baku.ws-in redaksiyasına göndərilən videoda küçə heyvanına qarşı xoşagəlməz rəftar olduğu görünür. Paytaxt sakinlərindən biri iti azdırmaq istəyən gənc oğlanla mübahisə edib.
 
Polisə müraciət edəcəyini deyən xanım nə qədər cəhd etsə də iti həmin şəxsin əlindən ala bilməyib. Əvəzində isə gənc ona cavab verib ki, yaxşı edir: "Hara istəyirsən, şikayət et. İstəyirsən, MTN-ə zəng elə".
 
Video internetdə yayıldıqdan sonra heyvansevərlərin kəskin reaksiyasına səbəb olub.