Tovuz sakini bıçaqlanıb.

Unikal.org xəbər verir ki, rayonun Aşağı Öysüzlü kənd sakini, 1971-ci il təvəllüdlü Azər Abbasov kürək nahiyəsinin kəsilmiş yarası xəsarəti ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Məlumata görə A. Abbasov mübahisə zəminində bıçaqlanıb.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.