Cəlilabadda evdən oğurluq edilib. 

Unikal.org Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, sentyabrın 23-nə keçən gecə Cəlilabad şəhərində yaşayan Aslan Quliyevin evindən qapının qıfılını sındırmaq yolu ilə 150 manat pul və qızıl əşyalar oğurlanıb. Cəlilabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini Sahib Qasımov tutulub.

Araşdırma aparılır.