Gəncə qətl hadisəsi törədilib.

Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə hadisə ötən axşam şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.

Şəhər sakini, 1966-cı il təvəllüdlü Əbülfət Quliyev mübahisə zəminində 1996-cı il təvəllüdlü Səmral Hüseynzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.