Axşam saatlarında Bakı-Şamaxı yolunun 61-ci kilometrliyində avtomobil yanıb.

Fövqəladə Hallar Nazirliyindən Unikal.org -a verilən məlumata görə, Qobustan rayonu ərazisində baş verən yanğın zamanı vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin mühərrikinin və salonunun yanar hissələri yanıb.

Avtomobilin qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 20:34-də yanğınsöndürənlər tərəfindən söndürülüb.