Bu gün Türkiyənin Van şəhərində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahı ilə Van Valiliyi arasındakı ərazidə törədilən partlayışda yaralılarla bağlı yeni rəqəm açıqlanıb.
Unikal.org türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Van Valiliyi saat 11.50 radələrində bomba yüklü avtomobilin partladılması nəticəsində 2-i polis olmaqla, 48 nəfərin yaralandığını açıqlayıb.
Van Polis İdarəsinin rəisi Suat Ekici bildirib ki, içərisində partlayıcı olan, dayanacaqda dayanmış mikroavtobus partladılıb.

****

Türkiyənin Van şəhərində yaralananların sayı 27-yə çatıb.

Unikal.org türkiyə mətbuatına istinadən xəbər verir ki, yaralananlardan 3-nün vəziyyəti ağırdır. ***

Türkiyənin Van şəhərində güclü partlayış baş verib.

Unikal.org xəbər verir ki, hadisə AKP-nin yerli şöbəsi ilə valiliyin inzibati binasının arasında qeydə alınıb.

Əraziyə çoxlu sayda təcili yardim maşını cəlb edilib.

İlkin məlumata görə, hadisə nəticəsində 11 nəfər yaralanıb.


Van'da patlama
Van'da patlama
Van'da patlama
Van'da patlama