Bakıda mənzildən oğurluq edən şəxs saxlanılıb.

Unikal.org DİN-ə istinadən bildirir ki, Sabunçu rayon 14-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 27-də Maştağa qəsəbəsində yaşayan Hümbət Hümbətovun evindən 9100 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Sahil Mahmudov tutulub, daha bir nəfər isə müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.