Yevlaxda minik maşını betonqarışdıran avtomobilə çırpılıb, ölən var

"Unikal"ın məlumatına görə, hadisə şəhərin "Nəqliyyat körpüsü" adlandırılan ərazinin yaxınlığında baş verib. Belə ki, "Hyundai" markalı minik maşını betonqarışdıran avtomobilə çırpılıb. Qəza nəticəsində minik maşının sürücüsü, 1991-ci il təvəllüdlü Bakı sakini Yusifov Murad Elçin oğlu aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov