Bu gün İYİ Partiyanın 5-ci növbədənkənar qurultayı keçirilib. 

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki,  4 adın sədrlik uğrunda mübarizə aparacağı konqresdə kürsüyə çıxan Meral Akşener duyğulu çıxış edib.

Akşener çıxışının sonunda Con Kennedinin (Sui-qəsd nəticəsində öldürülən eks ABŞ prezidenti, -red.)  “Zəfərin minlərlə atası var, məğlubiyyət isə yetimdir” sözləri ilə vidalaşıb.

Bir daha namizəd olmayacağını açıqlayan Akşenerin bu çıxışı diqqət çəkib. 

Xatırladaq ki, Türkiyədə 31 Mart Yerli İdarəetmə Ümumi Seçkilərindən sonra növbədənkənar qurultay keçirməyə qərar verən İYİ Partiyasının yeni lideri hələlik məlum deyil. 5-ci növbədənkənar qurultayda Partiya sədrliyi uğrunda Koray Aydın, Müsavat Dərvişoğlu, Tolqa Akalın və Günay Kodaz mübarizə aparır.