Azərbaycanın insan haqlarının qorunması və  demokratiya modeli Avropaya nümunə olmalıdır
Azərbaycanın insan haqlarının qorunması və
demokratiya modeli Avropaya nümunə olmalıdır
Politoloq Seymur Süleymanov: "Demokratiyanın müəllimi olan ölkələrdən fərqli olaraq, bizim ölkəmizdə insan haqları yüksək səviyyədə qorunur, heç kimin haqqı tapdalanmır. azad media, azad düşüncəli
insanlar, müxalif düşüncəlilər var, milliyətindən asılı olamayaraq, hər kəs azad şəkildə yaşayır"

Son dövrlər bir sıra beynəlxalq təşkilatlar, eləcə də bəzi Qərb dövlətləri Azərbaycanda insan haqları, söz və mətbuat azadlığı, siyasi mühitdəki bərabərhüquqlu şəraitilə bağlı qərəzli mövqelər sərgiləyirlər.
Ancaq dəfələrlə sübut olunub ki, həmin təşkilatların iddia etdikləri yanlışdır və heç bir əsası yoxdur. Çünki Azərbaycanda insan haqlarının hansı səviyyədə qorunduğu hər kəsə bəllidir. Hər bir vətəndaş bunu gündəlik həyatında hiss edir. Amma dünyaya insan haqlarının qlobal müdafiəçisi kimi təqdim olunan Avropada insan haqlarının necə tapdandığını hər gün müxtəlif formalarda görürük.
Bu və ya dəgər məsələlərlə bağlı fikirlərini "Unikal"la bölüşən politoloq Seymur Süleymanov deyir ki, Azərbaycanda insan hüquqlarının qorunması, demokratik prinsiplərin həyata keçirilməsi yönündə bütün işlər görülüb. Onun sözlərinə görə, bu gün bəziləri Qərbi demokratiya, insan haqlarının qorunmasında nümunə kimi göstərsələr də, bu sahədə ən nümunəvi ölkələrdən biri elə Azərbaycandır: "Azərbaycanın Avropa ölkələrindən fərqi ondadır ki,burada isan haqları qorunur. Dövlət hər bir şəxsin siyasi görüşündən,hansı partiyanı təmsil etməsindən, dinindən, irqindən, milliyətindəm asılı olmayaraq hər bir Azərbaycanlının haqlarını təmin edir.Cəmiyyətdə azad düşüncəli insanlar deyildiyi kimi də azaddırlar. Azərbaycan hakimiyyəti hər zaman bu kimi işlərə xüsusi diqqət yetirir. Mən Avropanın hər yerini gəzmişəm. Avropada insan haqlarının nə durumda olduğunun şahidi olmuşam. Avropa ölkələrində yaşayan əhali sanki bir blokadanın içində yaşayır. Anicə səhv bir hərəkət, onun həyatına baha başa gələr.Almaniyanın,Fransanın özünü götürək. Müxalif düşüncəli insanlar, eləcə də azad düşüncəli insanlar sərbəst şəkildə hərəkət edə bilmir.Müxalifət partiyalarının sədri çıxıb çıxış etməyə belə qorxurlar. Hakimiyyət onları xüsusi nəzarətə götürüb.Mən hər zaman deyirəm, Avropada azadlıq yoxdur, olmayacaq da. Hətta onunda şahidi olmuşam ki, küçədə altı-yeddi nəfər toplaşıb söhbət edən kimi şəhər polisi yaxınlaşıb nəyə görə toplaşdıqları soruşur.Almaniyada bunun şahidi olmuşam.Xaricdən gələnlərə o qədər də toxunmurlar. Berlin,Drezden şəhərlərini gəzmişəm. Araşdırma aparmışam. Şəhər mərkəzlərində,küçələrdə xüsusi polis məntəqələri var.Nəzarət edirlər hər şəxsə.Mən yuxarıda da vurğuladım. Müxalif, azad düşüncəli vətəndaşlar,habelə sivil vətəndaşlar öz ölkələrində azad deyillər. Həmçinin jurnalistlər. Almaniya, Fransa, Çexiya və bir çox Avropa ölkələrində media azadlığı yoxdur. Azad düçüncəli insan olmadığı kimi, azad yazan qələm sahibləri də çox azdı. Bir çox ölkələrdə müxalif yazar var deyə nümunə göstərə bilərsiz. İnanın onlar başını evdən çıxara bilməyənlərdir. Mənim bir neçə Avropa ölkələrinin tanınmış yazarları ilə münasibətim var. Sərbəst toplaşma azadlığı demək olar ki qadağandır.Əgər müxalifət cana gəlib aksiya keçirəndə, aksiyada ancaq dövlət tərəfindən maliyyələşdirilmiş media nümayəndələri qatıla bilər. Onlarda askiyada olub bitəni, elə yazırlar ki,müxalifəti borçlu çıxardırlar. Ölkədə 10 ədəd gündəlik qəzet çıxırsa, 8-i dövlət qəzeti,ikisi isə xarici media orqanıdır. Belə desək,Avropa ölkələrində diktator rejimi hökm sürür. Amma gəl ki,başqa dövlətlərə demokratiyadan,insan haqlarından dəm vurur. Avropa ölkələri başqa dövlətlərin müxalifətini ələ almaqda, hər cəhətdən dəstək verməkdə güclüdür. Ən başlıca niyyətləri, yanında olmayan ölkələrdə xaos çıxartmaqdır. Ölkəni həm siyasi,həm də iqtisadi cəhətdən zəiflətməkdir.Daxili işlərinə burunların soxmaq, başlıca vəzifələridir".
Onu da nəzərə çatdıraq ki, bəzi beynəlxalq təşkilatlar, xüsusən də Avropada fəaliyyət göstərən qurumlar Azərbaycanı insan haqlarını tapdamaqda, demokratik prinsipləri pozmaqda, siyasi və digər mühitlərdə ayrı-seçkilik olduğunu iddi edirlər. Bununla bağlı hesabatlar hazırlayıb, müzkirələr təşkil edirlər ki, bu yolla Azərbaycana təzyiq eləsinlər. Halbuki bu sahədə Avropadakı vəziyyət Azərbaycandan qat-qat acınacaqlıdır. Politoloq Seymur Süleymanov konkret faktlarla müqayisələr aparıb. Müsahibimiz onu da xüsusi vurğulayıb ki,Avropa ölkələrində, dinə,irqə, milli kimliyə fərq qoyulur: "Bunu Avropa ölkələrində az müddətdə qalanlar hiss etməz.Uzaq başı iki-üç ay orda yaşayan, görün sabah bir hadisə olanda, sənin adını belə soruşmayacaqlar. Amma hansı millətdən olduğun və hansı dinə qulluq etdiyin onlar üçün daha çox maraq kəsb edəcək. Ən önəmlisi odur ki, Fransada Azəri Türklərinə qarşı münasibət tamam başqadır.Başqa ölkədə heç olmasa, dini, milli kimliyi az da olsa, qoruyurlar. Fransada ermənilərə yaşıl işıqdır, sanki öz millətidir. Sizi bir daha əmin edirəm ki, onlara Fransada çox isti münasibət var. Hətta eşitdiyimə görə yuxarı vəzifələrdə çalışanların bir qismi ermənidir.Demək istədiyim odur ki,gərək kimlik fərqi qoyulmasın. Amma Azərbaycan, demokratiyanın müəllimi olan ölkələrdən fərqli olaraq, bizim ölkəmizdə insan haqları yüksək səviyyədə qorunur, heç kimin haqqı tapdalanmır.Azad media, azad düşüncəli insanlar, müxalif düşüncəlilər var, milliyətindən asılı olamayaraq, hər kəs azad şəkildə yaşayır. Məncə, Azərbaycandakı insan haqları və demokratiya Avropaya nümunə olmalıdır".
Müsahibimiz onu da nəzərə çatdırıb ki, dünyadakı ikili standartlar, qeyri-obyektiv yanaşmalar hər zaman Azərbaycanı hədəfə alıb. Onun sözlərinə görə, son illər Azərbaycanın müxtəlif sahələr üzrə qazandığı uğurları qısqanan qüvvələr insan haqqı, demokratiya və bu kimi məsələlərlə bağlı şər-böhtan kampaniyaları aparırlar: "Təəssüf ki, bu gün Azərbaycana həm daxildən, həm də xaricdən təzyiq edənlər var.Çünki bu sadaladıqlarımı həzm edə bilmirlər.İstəmirlər ki, Azərbaycan onlardan daha inkşaf etmiş olsun. İstəmirlər ki, dünyada sözü gedən ölkə olsun.Və bunun üçün də müxalifətimizdən istifadə edirlər. Mən Avropa ölkələrindən yazdım ki, Azərbaycanın bu uğurlarını həzm edə bilmirlər. Bunu da demək istəyirəm ki, elə daxildən də özümüzün uğurlarını həzm edə bilməyənlər var. Hansı ki,Avropanın Azərbaycandakı maşası rolunu oynayanlar,hamımızın gözəl tanıdığı müxalifət partiyası AXCP cəmiyyətdə çəkisi olmayan partiyadır. Bir sözlə, bu partiya və onun başında duran xalqımızın parazitidir. Ölkənin heç bir uğurunu alqışlamır.Axı bura, onlara ancaq pul qazanmaq üçün bir biznes məkanıdır.Onlar nə xalqı düşünür, nə iyirmi faiz işğal altında olan torpaqlarımızı.Düşündükləri yalnız puldur. Xaricdən gələn əmrlərə,tələblərə uyğun addım atırlar. Mən bunu hər zaman demişəm. AXCP-nin Ermənistandakı bəzi qüvvələrlə əlaqəsi çox güclüdür. Bəli,deyə bilərsiniz ki,Ermənistan heç özünü saxlaya bilmir qaldı Əli Kərimlini saxlasın. Düzdür, mən demirəm onlar Əli Kərimli və onun yaxın ətrafına pul ayırır. Ermənistan yalnız media üzərindən bu adamlara dəstək verir. "Azadlıq" qəzetində yazan bir çox yazarlar var ki, onlar bir erməninin Azərbaycanla bağlı dediklərini, qəzetdə yazır. Əli Kərimli və partiyası həmişə öz çıxarlarını güdüblər. Gənclərimizi öz siyasətlərinə alət edirlər. Azərbaycanda siyasi sabitliyi pozmaq istəyirlər. Xarici mediaların dəstəyi ilə Azərbaycan guya siyasi sabitlik olmadığını, müxalfətə təzyiq edildiyini dünya ictimaiyyətinə duyurmaq istəyirlər. Azad media olmadığını deyirlər. Axı necə ola bilər ki, "Azadlıq" qəzeti kimi gündəlik çıxan ölkəyə media azadlığının olmadığını demək nə qədər doğrudur? "Azadlıq"ın yazdıqlarını, Almaniyada müxalifət yazsa, inanın həmin yazarın dərisin çoxdan soymuşdular. Onlar azadlığı səhv başa düşürlər. Elə bilirlər ki,azadlıq deyəndə, kimi istəsən, təhqir edə bilərsən. Dedikləri azadlıq, heç vaxt olmayacaq. Heç bu azadlıq onlara arxa duran ölklərdə yoxdur".
S.Süleymanov Azərbaycanda siyasi azadlıqların olduğunu və siyasi mövqeyinə görə heç kimin təqib olunmadığını bildirib. Onun sözlərinə görə, siyasi maarifləndirmənin yüksək səviyyədə aparılması ictimaiyyətin siyasi savadının artmasına da zəmin yaradıb: "Azərbaycanda siyasi məhbus olmadığı dəfələrlə vurğulanıb. Müxalifətin dediyi siyasi məhbus deyil,onlar vətən xainidirlər.Hansı ki,Yunusların azadlıqlarını istəyirlər. Leyla, Arif Yunuslar xainlik üstə tutulanda, Ermənistan mediası buna geniş yer verdi. Dediyim kimi, bu adamların Ermənsitandan güclü dəstəkləri var. Qəzetlərində siyasi məhbus adı altında, dələduzların şəkillərin yayırlar, onların azadlıqların istəyirlər. Dəfələrlə demişəm ki, niyə işğalçı ermənistanın əsirliyində olan Şahbaz və Dilqəm vətəndaşlarımızın azadlıqlarını xarici mediadan və onlara ağalıq edən ölkələrdən tələb etmirlər?! Əli Kərimli,Cəmil Həsənli kimi cəmiyyətdə çəkisi olmayanlar niyə bu iki vətəndaşların azadlıqlarını askiyalarında ələb etmir?! Elə azadlıq istəyənsənsə, qardaş kimi əzilədiyinizin ermənilərin əsirliyindəki iki vətəndaşımızın azadlığını istəsinlər. Amma Azərbaycan hakimiyyət girovluqda olan soydaşlarımız hüquqlarının qorunması üçün bütün addımları atır. Müxalifətdən fərqli olaraq, hakimiyyət insan haqlarının qorunması, hüquq və azadlıqların təmini üçün gərəkli olan bütün tədbirləri həyata keçirir".