Məhkəmə Xədicə İsmayılovanı cərimələyib

Bakı İstintaq Təcridxanasında Elman Həsənovun (Türkoğlu) jurnalist Xədicə İsmayılovaya qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi keçirilib.
Vəkil Fariz Namazlının verdiyi məlumata görə, məhkəmə qərarına əsasən, X. İsmayılova 2500 manat cərimələnib.
Qeyd edək ki, E. Türkoğlu X. İsmayılovanın "facebook" sosial şəbəkəsində onun şərəf və ləyaqətini alçaltdığını və böhtan xarakterli məlumat yaymasını əsas gətirərək, Binəqədi Rayon Məhkəməsinə müraciət edib.
Hazırda X. İsmayılova həbsdə olduğu üçün məhkəmə təcridxanada keçirilib.
X. İsmayılova ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və digər maddələrə əsasən ittiham edilir.