"Erməni psixologiyasi"
kitabının təqdimatı keçirilib

AMEA-nın İnsan Hüquqları Elmi-Tədqiqat İnstitutunun yeni nəşri olan "Erməni Psixologiyası" kitabının təqdimatı keçirilib.
İnstitutdan verilən məlumata görə, kitabın müəllifi institutun əməkdaşı, tanınmış jurnalist Eldəniz Elgün və ön söz müəllifi AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri doktoru, millət vəkili Aytən Mustafayevadır.
Tədbirdə qeyd edilib ki, "Erməni psixologiyası" kitabında mövzu ilə bağlı yüzlərlə suala cavab tapa bilmək olar. Bu kitab erməni toplumunu daha yaxından tanımaq üçün mükəmməl bir nümunədir. Altı bölmə - "Toplu psixologiyası", "Ermənilərin dini inancı", "Erməni toplumunun mədəniyyəti", "Dünya erməniləri", "Erməni qadınlarının psixologiyası", "Erməni kişilərinin psixologiyası" fəsillərindən ibarət olan bu kitab erməni psixologiyasını daha dərindən öyrənməklə, zaman-zaman Ermənistanın işğalçılıq siyasətini, tarixi saxtalaşdırması ilə bağlı olan həqiqətləri ortaya qoyur.
Kitabda diqqəti cəlb edən məqamlardan və iddialardan biri də budur ki, erməni toplumu psixologiyasının əsasları əslində topludan kənarda hazırlanıb və NLP sisteminin imkanlarından yararlanmaqla bu topluma qəbul etdirilib. Bu isə təbii ki, toplumda mif və dini itaət həvəsini qaldırır. Müəllif bununla bağlı çox maraqlı müqayisələr ortaya qoyur.
Bu kitab vasitəsilə biz ermənilərin bir sıra vərdişləri genetik kod kimi qəbul etmələrini və bunun yaratdığı fəsadları görə bilərik.
Kitabın təqdimatında erməniçilik, tarixi həqiqətlərin saxtalaşdırılması, onların fitnəyaradıcı pisixologiyası, aqressiv ünsiyyətləri və bu kimi başqa xarakterləri müzakirə obyektinə çevrilib. Ermənistanın Azərbaycana təcavüzü mövzusuna da toxunulub.
Tədbirdə institutun elmi işlər üzrə müavini, professor Lalə Əhmədova, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, millət vəkili Qənirə Paşayeva, institutun milli təhlükəsizlik və erməni araşdırmaları şöbəsinin baş elmi işçisi, prof. Anar İsgəndərli, həmin şöbənin böyük elmi işçisi, "Həsrət Yolu" Əsir və girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova, o cümlədən elmi işçisi Rizvan Hüseynov və konfliktologiya şöbəsinin müdiri, prof. Rövşən Vəlizadə mövzu ilə bağlı öz fikirlərini bildiriblər.