YAP bələdyiyyə seçkilərinə 14 861 namizədlə qatılacaq

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov hakim partiyanın saytına müsahibəsində bildirib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə ciddi hazırlaşır.
"Biz 84 rayon və şəhər üzrə seçki qərargahı formalaşdırmışıq və burada qərargah üzvləri fəaliyyət göstərir. Oktyabrın 23-də YAP İdarə Heyəti tərəfindən bələdiyyə seçkilərində səlahiyyətli nümayəndələr təyin olunub. Ümumilikdə, partiyanın 204 nəfər səlahiyyətli nümayəndəsi var ki, hər dairə üzrə 2 nəfər səlahiyyətli nümayəndə təyin olunub.
25 oktyabrda isə partiyanın İdarə Heyətinin qərarı ilə bütün dairə və bələdiyyələr üzrə YAP-ın namizədləri irəli sürüldü...
...YAP tərəfindən ilkin olaraq 15 min nəfərdən çox şəxsin namizədliyi irəli sürülmüşdü və onlardan da 15 min nəfərə yaxını imza vərəqələri almışdı... Konkret rəqəmlə desək, 15035 nəfər namizəd irəli sürmüşdük. Onların da 14 861-i dairə seçki komissiyalarında namizəd kimi qeydiyyata alınıb. Biz bütövlükdə 15035 bələdiyyənin hamısına namizəd irəli sürmüşük".
S.Novruzov deyib ki,bələdiyyə seçkiləri kampaniyasının təbliğat-təşviqat mərhələsinə dekabrın 1-dən start veriləcək. Bununla bağlı da YAP hazırlıq işlərimiz görür. Belə ki, YAP bütün bələdiyyələrdə özünün namizədlərinin vahid formada hazırlanmış plakatlarını çap etdirib. 1607 bələdiyyənin hər birində YAP-ın vahid plakatları olacaq. Bununla belə, partiya ayrı-ayrı bukletlər, təbliğat-təşviqat materialları hazırlayıb.